Azərbaycanlı turistlər Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə maraq göstərir
Ötən il Azərbaycana 1 milyon 906 nəfər xarici gəlib. Onlardan 1 milyon 494 min nəfəri turist olub. “KƏLAMİNFOâ€�ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən Azərbaycanda 309 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sayı 499-dur. Onların təxminən 35 faizi Bakı şəhərinin payına düşür. Bu obyektlərdə 30 min 793 yataq yeri var.
Ötən il Azərbaycandan kənara gedən turistlərin sayı isə 3 milyon 175 min nəfər təşkil edib. Kənara gedən turistlərin əsas maraq göstərdiyi ölkələr Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir.
Hazırda Azərbaycanda 211 turizm şirkəti nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.