“Türk-erməni dostluğuâ€� simvolunun başı kəsilib
Bu gün səhər saatlarında Türkiyənin Qars şəhərindəki “türk-erməni dostluğuâ€�nun simvolu sayılan “İnsanlıq abidəsiâ€�nin heykəllərindən birinin başı kəsilib. “KƏLAMİNFOâ€� Türkiyənin “Doğanâ€� Xəbər Agentliyinə istinadən xəbər verir ki, abidənin sökülməsi ilə bağlı qərarı Qars Bələdiyyəsinin Məclisi bu il fevralın 1-də qəbul etsə də, abidənin sökülməsinə aprelin 17-dən start verilib.
Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgənin tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirib. O, bu abidəni “eybəcərâ€� adlandırıb. Abidənin sökülməsi ilə bağlı məhkəmə qərarı da var və abidənin sökülməsi üçün Tenderdə qalib gələn şirkətə 60 gün vaxt verilib.