“Dövlət və Dinâ€� ictimai fikir toplusunun növbəti nömrəsi çapdan çıxıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Dinâ€� ictimai fikir toplusunun cari ildə ikinci nömrəsi çapdan çıxıb. DQİDK-dən “KƏLAMİNFOâ€�ya verilıən məlumata görə, dövlət başçısı İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ilə açılan jurnalın “rəsmi guşəâ€�sində ölkə prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbriki dərc olunub.
Bu rubrika daxilində həmçinin Prezident İlham Əliyevin Gəncədə “İmamzadəâ€� dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olması və Xocalı faciəsi qurbanlarının xatirəsinin anma mərasimində iştirakı geniş işıqlandırılıb.
Toplunun “Azərbaycan gerçəkliyiâ€�, “Cəmiyyət və dinâ€�, “İslam həqiqətləriâ€�, “Tarixə pəncərəâ€� və “Dinlər, təriqətlərâ€� rubrikaları və bölmələrində müxtəlif mövzulara həsr edilən yazılar dərc edilib.
“Abidələrâ€� bölməsində isə “Qazqulu müsəlman qəbiristanının köçürülməsi zamanı müsəlman dəfninin aşkar xüsusiyyətlərinin İslam dəyərləri baxımından izahıâ€� və “Mirovozzrenie i arxitekturaâ€� yazıları diqqətə çatdırılıb.
Jurnalın son səhifələrində ənənəvi olaraq dini terminlərin izahlı lüğəti yer alıb.