“Turizm iliâ€� çərçivəsində Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək. “KƏLAMİNFOâ€�nun məlumatına görə, sərgi Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Assosiasiyanın sədri Nahid Bağırovun sözlərinə görə, sərginin 27 sentyabr Turizm Günündə keçirilməsi nəzərdə tutulur: “Bu günü seçməyimizin səbəbləri var. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm dünya turizm gününü qeyd edir, həm yay mövsümünün yekunları, həm də qarşıdan gələn payız-qış mövsümündə görüləcək işlər müzakirə edilir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti də böyük olacaqâ€� 3 gün davam etməsi nəzərdə tutulan sərgi ilk iki gündə yalnız turizm sektoru təmsilçiləri, üçüncü gün isə geniş ictimaiyyət üçün açıq olacaq.