Düşmən Gədəbəy və Xocavənd istiqamətində mövqelərimizi atəşə tutub
Ermənilər aprelin 19-da saat 12.35-dən 13.05-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.55-dən 18.58-dək isə Xocavənd rayonu Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFOâ€�ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.