Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçiâ€� layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyadaâ€� layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Molla Nəsrəddin. Dünənin, bu günün, sabahın 105 yaşlı jurnalı
    Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddinâ€�in yaranmasının 105-cü ili tamam oldu. 1906-cı il aprelin 7-də Tiflisdə “Qeyrətâ€� mətbəsində nəşrə başlayan “Molla Nəsrəddinâ€� jurnalı o dövrün siyasi-sosial, ədəbi-mədəni problemlərinə, xalqın milli-mənəvi tələblərinə vətəndaşlıq mövqeyindən yeni yanaşma gətirdi.
    Xalq həyatının, arzu və əməllərin tərcümanına çevirilən jurnalın  tarixi xidməti danılmazdır.

    “Molla Nəsrəddinâ€� 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi böyük ədib, görkəmli satirik Cəlil Məmmədquluzadə olan jurnalın 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.
    Cəlil Məmmədquluzadə zəkasının gücü, qələminin nuru və qəlbinin hərarəti ilə müəyyən fasilələrlə 25 il nəşr olunan, ədəbiyyat və mətbuat tariximizə qızıl hərflərlə yazılan “Molla Nəsrəddinâ€� jurnalı bu gün üçün də müasirdir, sabah üçün də.
    Milli təfəkkürün inkişafında, insanların maariflənməsində jurnalın böyük rolu, onun əməkdaşlarının isə misilsiz xidmətləri olub. “Molla Nəsrəddinâ€� həm də Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Omər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdurrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və başqa şair, yazıçı, jurnalistlər, o cümlədən, O.Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstəriblər.
    Jurnalın “Molla Nəsrəddinâ€� adlandırılması da maraqlıdır. Molla Nəsrəddin şifahi xalq ədəbiyyatının qəhrəmanıdır. Həmişə zülmə, nadanlığa, haqsızlığa gülüb, güldürüb düşündürüb. Mirzə Cəlil də Molla Nəsrəddinin dili ilə xalqın dediyni bəyan edib, onu güldürüb, düşündürüb, həm də yol göstərib. Jurnal ilk nömrəsindən Azərbaycan dilinin varlığı və təmizliyi uğrunda mübarizə meydanına atılıb. Onun sonrakı nömrələrində, hətta bütün fəaliyyət dövründə dil haqqında müxtəlif janrlarda saysız-hesabsız əsərlər çap olunub.
    Qadınların maariflənməsi, elmli, təhsilli olmaları kimi məsələlər də “Molla Nəsrəddinâ€�in səhifələrində öz əksini tapıb.
    “Molla Nəsrəddinâ€�ə qarşı hücumlar gücləndikcə Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanırdı. Lakin nə düşmənlərin hədə-qorxusu, nə də dostlarının narahatlığı Mirzə Cəlili qorxuya sala bilib və beləcə o, tutduğu yoldan dönməyib.
    Bir neçə qələm sahibinin əsəri olan “Molla Nəsrəddinâ€� aləmində ikinci qüdrətli qələm ustası poeziyamızda inqilabi satiranın banisi M.Ə.Sabir idi. Sabir yaradıcılığının ən parlaq dövrünü ancaq “Molla Nəsrəddinâ€�in nəşri ilə bağlayır. Ən çox “Hop-hopâ€�, “Ağlar güləyənâ€�, “Cingöz bəyâ€� imzaları ilə çap olunan Sabir “Molla Nəsrəddinâ€�də bir çox başqa gizli imzalarla çıxış edib. Jurnalda tananmış rəssamların dərin məzmunlu karikaturaları güldürür, düşündürürdü.
    “Molla Nəsrəddinâ€� jurnalında atalar sözləri, lətifələr, poçt qutusu, satirik elanlar, tərcümeyi-hallar, lüğətlər, hikmətli sözlər, tapmacalar, sual-cavab, etiraf və onlarla formadan istifadə edilib.
    Bir sözlə 105 yaşlı “Molla Nəsrəddinâ€� dünənin və bu günün deyil sabahın da jurnalı sayıla bilər.

        Âêîíòàêòå Ìîé Ìèð ß.ðó Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 771
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2026»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Noy.2026
    Ïí.Âò.Ñð.×ò.Ïò.Ñá.Âñ.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30