Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına ölüb
Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına düşüb. KƏLAMİNFO-nun qərb bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə martın 27-də gecə qeydə alınıb.
İçərisində zabitlərin olduğu “Mercedesâ€� markalı avtomobil Şəmkir rayonu ərazisində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin içində olan şəxslər, Müdafiə Nazirliyinin “Nâ€� saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.