Millət vəkili: “Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda “insan haqlarıâ€� deyilən anlayışı necə gəldi insanlara sırıyırlarâ€�
Bu gün bəzi beynəlxalq təşkilatlar öz maraqları çərçivəsində Azərbaycanda “insan haqlarıâ€� deyilən anlayışı necə gəldi insanlara sırıyırlar. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Yaqub Mahmudov bildirib.
Deputat qeyd edib ki, həmin təşkilatlar Azərbaycanda 1 mln. qaçqının gələcək taleyi ilə maraqlanmırlarsa o zaman burada hansı həqiqi insan haqlarından söhbət gedir? Y.Mahmudovun sözlərinə görə, həmin qurumların ölkəmizdə insan haqlarına bu cür öz maraqlarından yanaşması xalqımızın gələcəyinin məhvinə aparır. “Ona görə də o müstəvidəki insan haqları mövzusunu biz heç bir müzakirələrdə nəzərə almamalıyıq. O təşkilatlar Azərbaycanda maraqlarına uyğun yalnız bir qrupu dəstəkləməklə müdafiə edir. Biz bunu vaxtında nəzərə alaraq bununla bağlı qanunvericilikdəki boşluqları doldurmalıyıqâ€�,-deyə millət vəkili vurğulayıb.