Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb
Bu gün xarici işlər nazirinin müavini Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Əzimov səfər zamanı səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Qurumunda (USAK) təşkil olunan “Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlərâ€� adlı konfransda və Türkiyənin Bilkent Universitetində “Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələriâ€� adlı konfransda əsas məruzəçi qismində çıxış edəcək. Ayrıca nazir müavininin Türkiyənin KİV-nə müsahibə verməsi də nəzərdə tutulub.