Komitə sədri: “Son yarım ildə Azərbaycanda sığorta institutları sürətlə inkişaf edirâ€�
“Son yarım ildə Azərbaycanda sığorta institutları sürətlə inkişaf edirâ€�. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
Bu halın ölkə vətəndaşlarının maliyyə təhlükəsizliyinə xidmət edən ən yaxşı vasitələrdən hesab edən H.Rəcəbli qeyd edib ki, qanunvericilikdə də edilən müvafiq əlavələr buna geniş təkan verəcək. “Xüsusilə nəqliyyat vasitələrində bu sistemin gücləndirilməsi beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Hesab edirəm ki, sığorta ilə bağlı qanunvericilikdə edilən əlavə və dəyişikliklər yaxın zamanlarda Azərbaycanın bu sahədə daha nümunəvi dövlət olmasına gətirib çıxaracaqâ€�,-deyə komitə sədri vurğulayıb.