Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Fransaya gedəcək
Martın 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və millət vəkilləri Fuad Muradov, Sabir Hacıyev Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumuna qatılmaq üçün Fransanın Strasburq şəhərinə gedəcəklər. KƏLAMİNFO xəbər verior ki, bu barədə S.Seyidov özü bildirib.
O, qeyd edib ki, Beynəlxalq Forumda “İnsan kapitalı Azərbaycanın inkişaf prioritetidirâ€�, “Gənclik və ictimai diplomatiyaâ€�, “Azərbaycançılıq-gələcək naminə birlikâ€� mövzularında məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq.
Səfər martın 13-də başa çatacaq.