Ali təhsilin “bakalavrâ€� pilləsi “bakalavriatâ€�la əvzlənib
Nazirlər Kabineti “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısıâ€�nın təsdiq edilməsi haqqındaâ€� müvafiq qərarına əlavə və dəyişikliklər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirlər Kabinetindən veriblər.
Dəyişiklik Təhsil və Səhiyyə nazirliklərinin təklifləri nəzərə alınaraq edilib.
Əlavə və dəyişikliyə əsasən “bakalavr pilləsiâ€� sözləri “bakalavriat səviyyəsiâ€� sözləri ilə əvəz edilib. “Təhsil haqqındaâ€� Qanunun “Humanitar və sosial ixtisaslar qrupuâ€� bölməsində “Filologiya’ sözündən sonra “(dil və ədəbiyyat göstərilməklə)â€� sözləri əlavə edilib.
“Səhiyyə, rifah və xidmət ixtisasları qrupuâ€� bölməsindən “139. 050802 Pediatriyaâ€� və “145. 050808 Tibbi biologiyaâ€� rəqəmləri və sözləri çıxarılıb, “140-144â€� və “146-150â€� rəqəmləri müvafiq olaraq “139-143â€� və “144-148â€� rəqəmləri hesab edilib.
“Müalicə işiâ€�, “Hərbi həkim işiâ€�, “Tibbi profilaktikaâ€�, “Stomatologiyaâ€� sözlərindən sonra “*â€� işarəsi və cədvəldən sonra “* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılırâ€� cümləsi əlavə edilib.