Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasın gündəliyində bir neçə qanun layihələrinin müzakirəsi daxil edilib. Bunlar “Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsiâ€�, “TRASEKA multimodal daşımalarının inkişafı haqqındaâ€� Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsiâ€�, “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqındaâ€� Sazişin təsdiq edilməsi barədə qanun layihəsiâ€�, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti∕xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqındaâ€� Sazişin təsdiq edilməsi barədə qanun layihəsi və “Əməliyyat-axtarış fəaliyyəti haqqındaâ€� Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələrdir.
İclasda eyni zamanda “Yol hərəkəti haqqındaâ€� AR Qanununa əlavələr edilməsi barədə qanun layihəsi, “Gömrük tarifi haqqındaâ€�, “Yeyinti məhsulları haqqındaâ€�, “Notariat haqqındaâ€� və “Dərman vasitələri haqqındaâ€� qanunlarına əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında və “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqındaâ€� Qanuna əlavə edilməsi barədə qanun layihəsi müzakirə olunacaq.
Bundan başqa bu gün parlamentdə İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi də gözlənilir.