Bakıda Türkiyə Elmlər Akademiyasının professoru ilə görüş olacaq
Fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Türkiyə Elmlər Akademiyasının Arxeologiya Bölməsinin professoru, tanınmış arxeoloq Mehmet Özdoğanla görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Görüşdə M.Özdoğan “İlkin sivilizasiyaları əks etdirən Anadolunun arxeoloji mədəniyyətləriâ€� mövzusunda məruzə ilə çıxış edəcək.
Qeyd edək ki, M.Özdoğanın Azərbaycana səfəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Gənc Alimlər Şurasının dəvəti ilə reallaşacaq.