A.Məhərrəmov “Tələbələrin qiymətini azaldan müəllimlərin aqibəti çox ağır olacaqâ€�
Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov qış imtahan sessiyasının nəticələrindən narazı qalaraq apellyasiya şikayəti verən tələbələrlə görüşüb.
BDU-nun Mətbuat və informasiya şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, rektor tərəfindən qəbul edilən tələbələr “əlaâ€� və “yaxşıâ€� qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. A.Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətinin çox ağır olacağını xüsusi vurğulayıb.
Xatırdadaq ki, rektor A.Məhərrəmovun müvafiq əmrinə əsasən yanvarın 6-da BDU-da qış imtahan sessiyası keçirilib. Sessiya yanvarın 31-də başa çatıb.