Bu gündən ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başlayır
Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə sənəd qəbuluna başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, sənəd qəbulu fevralın 7-dək davam edəcək. “Cari ilin məzunları “Bakalavrın elektron ərizəsiâ€� formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış sənəd qəbulu komissiyasında təsdiq etdirəcəklər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində sənəd qəbulu komissiyası fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsiâ€� formasını ali təhsil müəssisələrində yaradılmış komissiyaların birində təsdiq etdirməlidirlərâ€�,-deyə sədr vurğulayıb. M. Abbaszadə deyib ki, magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edilib. “Bu ildən etibarən fəlsəfə ixtisası üzrə fəlsəfə, fizika və riyaziyyat ixtisaslarını bitirənlər də magistraturaya sənəd verə bilərlərâ€�,-deyə o, əlavə edib.