“Gənclərin dostuâ€� Milli Mükafatının sahibləri müəyyənləşdirilir
Azərbaycan Gənclər Mərkəzinin (AGM) “Gənclərin dostuâ€� Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün paytaxt və regionlarda apardığı sorğu və monitorinqlər davam etdirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya AGM-dən veriblər. Hazırda “Gənclərin dostuâ€� Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində sorğu və monitorinqlərə start verilib. Xatırladaq ki, mükafat Azərbaycan Gənclər Mərkəzi tərfindən 2007-ci ildə təsis edilib. Mükafat gənclər təşkilatlarına maddi və mənəvi dəstək olan fiziki və hüquqi şəxslərə verilir. Qeyd edək ki, “Gənclərin dostuâ€� Milli Mükafatının təqdimetmə mərasimi “Gənclər Günü ərəfədində olacaq. Qaliblərə 17 nominasiya üzrə “Gənclərin Dostuâ€� Milli Mükafatı və başqa hədiyyələr təqdim olunacaq.