DRİ-də istifadə olunan bütün avadanlıqlara texniki baxış keçirilib
Dövlət Radiotezliklər İdarəsində (DRİ) istifadə olunan bütün avadanlıqlara texniki baxış keçirilib və bir çox kompüterlərin parametrlərində bu günkü günün tələblərinə uyğun dəyişikliklər aparılıb.
Bu barədə məlumatı KƏLAMİNFO-ya DRİ-dən veriblər.
Təkmilləşdirmə işləri mütamadi olaraq aparılır. Hazırda DRİ-də 102 ədəd stolüstü kompüter dəsti və 32 ədəd “notebook” təyinatı üzrə istifadə olunur.