Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasına 6 qanun layihəsi təqdim olunub
Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasının müzakirələrinə təxminən 6 qanun layihəsi təqdim olunacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində komitənin sədr müavini Musa Quliyev bildirib.
O, qeyd edib ki, bu qanun layihələrinin üzərində işlər aparılıb və müzakirəyə çıxarılması planlaşdırılıb. “Bura “Sosial xidmət haqqındaâ€�, “Reproduktiv sağlamlıq haqqındaâ€�, “Ailə həkimi haqqındaâ€�, “Gənc ailələrin sosial müdafiəsi haqqındaâ€�, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqındaâ€� qanun layihələri, Sağlamlıq və Sosial Müdafiə məcəllələrinin hazırlanması, Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi daxildirâ€�,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, il ərzində daha bir neçə qanun layihəsinin də komitə tərəfindən parlamentin müzakirəsinə çıxarılması gözlənilir.