Bu gün Azərbaycanın məşhur müğənnisi və aktyoru Mirzə Babayevin ölümündən 8 il ötür. KƏLAMİNFO xəbər verir ki, M.Babayev 2003-cü il yanvarın 13-də, 90 yaşında dünyasını dəyişib. 1913-cü ildə dünyaya gələn istedadlı sənətkar Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutur.
M.Babayev 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. M.Babayevin həm də aktyorluq istedadı var idi. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə özünəməxsus obrazlar yaradıb. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə müəllimin mahnılarıâ€� ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı.
M. Babayev həmçinin Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb.