Ekspert: “Hicab məsələsi İranın Azərbaycana qarşı təzyiq-təxribat oyununda ən azı üçüncüsüdürâ€�
“Hicab məsələsi İranın Azərbaycana qarşı təzyiq-təxribat oyununda ən azı üçüncüsüdür, amma sonuncusu deyilâ€�. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
Politolqun fikirincə, İranın prizmasında belə oyunların sonu Azərbaycanda islam inqilabının baş tutması ilə tamamlanmasıdır. “Bunun mənşəyini, iştirakçılarını, arqumental bazasını və perspektivlərini araşdırdıqda qəribə nüanslar ortaya çıxır. Məsələn, hicab məsələsində mənbə kimi götürülən Azərbaycan rəsmilərinin dinə qarşı kompromis münasibəti, azan verilməsinə və “Fatimeyi-Zəhraâ€� məscidinin tikintisi ilə bağlı Azərbaycan hökumətinin verdiyi qərardan geri çəkilməsi İran kimi mahir oyunçunun diqqətindən yayına bilməzdi. Bu getdikcə İranın iştahını artırırâ€�,-deyə M.Əhmədoğlu vurğulayıb. Onun fikirincə, Azərbaycanda olan dini tolerantlıq bu kimi qüvvələr üçün geniş şərait yaradır.