“Türkiyədəki ermənipərəstlərin fikirlərinə görə, Ankara Bakını sındıra bilmədiâ€�
“Son bir-neçə ayda Türkiyənin Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi sırf azərbaycanpərəst olmaqla getdikcə daha da sərtləşirâ€�. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
Politoloqun fikrincə, İstanbulda İƏT-in tədbiri zamanı DQ məsələsi danışıqlarda əsas müzakirə mövzusu olması buna bariz misaldır. “Azərbaycan prezidenti ilə bağlı qapılar arxasında keçirilən bu görüşlərə münasibət bildirərkən prezident Abdullah Gül DQ məsələsi ilə bağlı “açdığımız və açmadığımız məsələlər varâ€� dedi. A.Gülün fikrincə, Azərbaycan və Türkiyə arasında tam qarşılıqlı etimad var. Məhz bu ərəfədə Azərbaycanla Türkiyə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilənin mətni açıqlandı və ratifikasiya olundu. Eləcə də bu iki dövlət arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında birgə bəyannamə də ratifikasiya edildi.
Bütün bunlar Türkiyənin mövqeyinin daha da sərtləşməsindən xəbər verirâ€�,-deyə ekspert vurğulayıb. F.Sadıxovun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında son dövrlər istiləşmiş münasibətlər Türkiyədəki türk millətindən olan ermənipərəstləri ciddi narahat edir. “Onların fikirlərinə görə, Ankara Azərbaycanı sındıra bilmədi, özü Bakının qabağında əyildiâ€�,-deyə politoloq əlavə edib.