“Diyarşünaslıq muzeyləri və erməni vandalizmiâ€� mövzusunda Dəyirmi masa keçiriləcək
Söz Azadlığını Müdafiə Fondu (SAMF) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılmasıâ€� layihəsini başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər.
Qeyd edək ki, üç ay ərzində layihə çərçivəsində işğal altında olan tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılıb, 300-dən artıq eksponatın surətləri çıxarılıb, o cümlədən muzeylərin hazırki fəaliyyəti ilə bağlı çoxsaylı görüşlər keçirilib. Bununla yanaşı toplanılan materiallar əsasında www.diyarshunasliq.az informasiya portalı istifadəyə verilib.
Layihənin yekun təqdimatı “Diyarşünaslıq muzeyləri və erməni vandalizmiâ€� mövzusunda keçiriləcək Dəyirmi masada ictimai müzakirəyə çıxarılacaq. Dəyirmi masanın yanvarın 14-ü “Kaspian plazaâ€� Biznes Mərkəzində keçirilməsi qərara alınıb.