Son iki ayda Mətbuat Şurasına qəzetlərlə bağlı 30 ərizə- şikayət daxil olub
Son iki ayda Mətbuat Şurasının (MŞ) “Reket jurnalistikayaâ€� qarşı Mübarizə Komissiyasına qəzetlərin “reketâ€� fəaliyyəti ilə bağlı ümumilikdə 30 ərizə-şikayət daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Komissiyasının sədri Vüqar Rəhimzadə bildirib.
O, qeyd edib ki, bu ərizələrdən 10-u MŞ-nın Şikayətlər üzrə Komissiyasından daxil olub. “Bu komissiya adətən onlara daxil olan ərizələri araşdırır və hansının tərkibində “reketâ€�çilik əlaməti varsa onu bizə ünvanlayır. Bu müddət ərzində onlardan bizə daxil olan 10 ərizə məhz bu xarakterlidir. 20 ərizə isə şikayətçilər tərəfindən birbaşa bizə ünvanlananlardırâ€�,-deyə komissiya sədri vurğulayıb. V.Rəhimzadənin sözlərinə görə, şikayətlər əsasən qəzetlər tərəfindən vətəndaşların şərəf və ləyaqətinin alçaldılması, hədə- qorxu və s. məzmunludur. “Hətta şikayətləri araşdırarkən şahid oluruq ki, onlardan bəzilərinin rəhbərləri əvvəllər “reketâ€� elan olunan qəzetlərin sahiblərdir ki, indi başqa adla fəaliyyət göstərirlər.
Yəni, yeni adla müəssisələrə və ayrı- ayrı şəxslərə qarşı “reketâ€�çilik edirlərâ€�,-deyə o, əlavə edib. V.Rəhimzadə bildirib ki, hazırda şikayətlər ciddi araşdırılır və komissiyanın yaxın günlərdə nəzərdə tutulan iclasında müvafiq qərar qəbul ediləcək.
Xatırladaq ki, ötən il ərzində MŞ-a ümumilikdə 100 şikayətə baxılıb və bu şikayətlər əsasında 60 qəzet “reketâ€� elan edilib.