Azərbaycanda 2011 il üçün qadın və uşaq problemləri üzrə tədbirlər planı hazırlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Komitədən veriblər.
İclasda komitə sədri Hicran Hüseynova qurumun cari ildə fəaliyyətini geniş təhlil edib və qarşıda duran vəzifələr barədə danışıb.
Tədbirdə AQUPDK üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycan ailə institutunun sosioloji aspektlərini öyrənmək məqsədi ilə “Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlilâ€� mövzusunda tədqiqat aparılıb, tövsiyələr hazırlanıb.
Ailədə qadın və uşaqlara qarşı zorakılıq probleminə diqqətin artırılması, bu sahədə işin gücləndirilməsi məqsədilə regionlarda “Ailədaxili zorakılığa qarşı mübarizə tədbirləriâ€� layihəsi həyata keçirilib. Qadın problemləri və gender məsələləri ilə bağlı verilən məlumatda qeyd edilib ki, bələdiyyələrdə gender siyasətinin həyata keçirilməsi prosesinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində “Yerli özünüidarəetmə orqanlarında qadınların roluâ€� mövzusunda konfrans təşkil edilib. Regionlarda “XXI əsrdə zorakılıq əleyhinə əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsiâ€� mövzusunda regional görüşlər keçirilib. “Ekologiya problemlərinin həll olunmasında qadınların roluâ€� layihəsi çərçivəsində təbii ehtiyatların səmərəli istifdəsinin təşkili, ekoloji böhrandan çıxış yolları, qadınlar arasında ekoloji maarifləndirmə işlərinin təşkili məqsədi ilə müzakirələr aparılıb. Regionlarda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqındaâ€� AR Qanununun təbliğ olunması istiqamətində təlimlər təşkil edilib. Azərbaycan uşaqları haqqında elektron məlumat bankı yaradılıb. Banka məlumatların yerləşdirilməsi və ondan istifadə barədə “Qaydalar layihəsiâ€� hazırlanıb, lazımi məlumatlar banka yerləşdirilib və istifadəyə verilib. “Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planıâ€� çərçivəsində “Doğumun qeydiyyatıâ€� layihəsi üzrə regionlarda aparılan araşdırmalar yekunlaşdırılıb, uşaq saytı istifadəyə verilib. İclasda komitənin cari ildəki fəaliyyəti müsbət qiymətləndirilib və qadın və uşaq problemləri üzrə 2011-ci il üçün hazırlanan iş planı barədə məlumat verilib.