ARDNŞ prezidenti TPAO şirkətinin nümayəndə heyətini qəbul edib
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyə Petrollari Anonim Ortaqlığı (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ARDNŞ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, R.Abdullayev TPAO ilə ARDNŞ-nin uzun müddət ərzində “Azəri-Çıraq-Günəşliâ€�, “Şahdənizâ€�, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirib, həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləyib.
ARDNŞ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən M. Uysal “Ümidâ€� yatağının kəşf edilməsində Dövlət Neft Şirkəti kollektivinin əməyini yüksək qiymətləndirərək, bu hadisə münasibəti ilə Şirkət rəhbərliyinə öz təbriklərini çatdırıb. TPAO-nun Azərbaycandan başqa bir çox digər ölkələrdə də fəaliyyət göstərdiyini qeyd edən qonaq şirkətin bir sıra xarici layihələri barədə azərbaycanlı həmkarına ətraflı məlumat verib. O, ARDNŞ-nin Azərbaycan və Türkiyədə həyata keçirdiyi layihələri diqqətlə izlədiklərini və həmin layihələrə böyük maraq göstərdiklərini qeyd edib. Son illər ölkənin neft-qaz, neft emalı və neft-kimya sənayesində qazanılan uğurlardan bəhs edən R.Abdullayev, bu uğurlarda ARDNŞ-nin böyük əməyinin olduğunu söyləyib. O, şirkətin ölkə daxilində planlaşdırdığı işlərdən danışıb, həmçinin Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri barədə qonağa məlumat verib.