Millət vəkili: “Mədəniyyət haqqındaâ€� qanuna ediləcək dəyişikliklərdə efir məkanı ilə bağlı məsələlər xüsusi yer alacaqâ€�
“Mədəniyyət haqqındaâ€� qanuna ciddi dəyişikliklər edilməsi gözlənilir və burada dil və televiziya ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayacaqâ€�. Bunları KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.
O, qeyd edib ki, 1996-cı ildə qəbul edilən qanun həm vaxt baxımından, həm də mənəvi baxımdan aşınmalara məruz qalıb. “Həmin dövrdən bəri Azərbaycan və dünya ictmaiyyətində, bunların bir –birinə inteirqasiyasında, eyni zamanda ictimaiyyətdə televiziyanın aparıcılıq missiyasında çox dəyişikliklər olub. Kifayət qədər irəliləmələr var. Bütün bunlar da şüphəsiz ki, Mədəniyyət haqqında qanunda ediləcək dəyişikliklərdə yer almalıdırâ€�,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, televiziyalarda efir məkanı ilə bağlı dəyişikliklər burada xüsusi yer alacaq.