“İrəliâ€� İctimai Birliyi bələdiyyə seçkiləri ilə bağlı Bərdə və Samuxda növbəti təlimlərə başlayıb
Bu gün “İrəliâ€� İctimai Birliyi və Bələdiyyələrin Milli Asosasiyaları vətəndaşların hüquqi biliklərini və seçkilərə marağını artırmaq məqsədilə Bərdə və Samuxda təlimlərə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İrəliâ€� İctimai Birliyindən veriblər. Xatırladaq ki, respublikanın bütün şəhər və rayonlarında gənc fəallar üçün “Bələdiyyələrin statusuâ€� və “Seçkiqabağı təşviqatın təşkiliâ€� mövzuları üzrə keçirilməsi nəzərdə tutulan təlimlərdə müasir kompüter texnologiyasından istifadə olunmaqla təqdimatlar və interaktiv müzakirələr aparılacaq. Birliyin təlimlərində klassik musiqi konsertlərinin təşkili planlaşdırılıb.