BMT Azərbaycanın silah alışına dair hesabatını açıqlayıb
BMT Azərbaycanın ötən ildə silah alışına dair hesabatını açıqlayıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu qurumun Adi Silahlar Registrinin 2009-cu ildə silah alışına dair hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, rəsmi Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 “Pionâ€� özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 “Qvozdikaâ€�, 6 ədəd 152 mm çaplı 2C3 “Akatsiyaâ€� özüyeriyən haubitsa alıb.
Bundan başqa, Azərbaycan ötən ildə aviaparkına Ukrayna və Belarusdan yeni hava döyüş vasitələri də daxil edib. Hesabatda yer alan məlumatlara görə, rəsmi Bakı 2009-cu ildə Belarusdan 5 ədəd “Su-25â€� (Rusiya istehsalı olan), Ukraynadan 1 ədəd “MiG-29 UBâ€� döyüş təyyarəsi, həmçinin 11 ədəd “Mi-24â€� döyüş helikopteri alıb.
Cənubi Afrika Respublikası isə BMT-yə hesabatında ötən il Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd “Marauderâ€� tipli zirehli nəqliyyat vasitəsi satdığını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan BMT-nin Adi Silahlar Registrinə hesabatını noyabrın 5-də təqdim edib.