Bu gün Bakının Nardaran kəndində hicabın orta məktəbdə qadağasına qarşı aksiya keçirilib. KƏLAMİNFO xəbər verir ki, aksiyaçılar “Biz ölərik Hicabı əldən vermərik»â€� şüarı ilə çıxış ediblər.
Nardaran pirində keçirilən mərasimdə dindarlar hicabın qadağası ilə bağlı prezidentə və Təhsil nazirinə müraciət ünvanlayıblar. Onlar imza toplama kampaniyasını davam etdirəcəklərini bildiriblər.