SAM-ın elmi işçisi Z.Şiriyev Macarıstanda məruzə ilə çıxış edəcək
Dekabrın 17-18-i tarixlərində Budapeştdə Macarıstan Elmlər Akademiyasının təşkilati dəstəyi ilə “Avropa İttifaqının Şərq Tərəfdaşlığı: təcrübələr, səylər və gözləntilərâ€� mövzusunda konfrans keçiriləcək. Macarıstanın Avropa İttifaqında sədrliyi məsələsi və Şərq Tərəfdaşlığı proqramının müzakirə olunacağı tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Zaur Şiriyev “Azərbaycanın Şərq Tərəfdaşlığı proqramındakı təcrübələri və Macarıstanın Avropa İttifaqına sədrliyindən gözləntiləriâ€� mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbirdə həmçinin “Erməni Milli və Beynəlxalq Tədqiqatlar Mərkəziâ€�nin direktoru Riçard Giraqosyan, Belarusun “Beynəlxalq Strateji araşdırmalar Mərkəziâ€�nin direktoru Vladimir Ulaxoviç, Ukraynanın “Avropa və Avroatlantik Mərkəziâ€�nin direktoru Oleksey Kolemiyets və digər nüfuzlu ekspertlərin çıxışı gözlənilir.
Səfər çərçivəsində SAM-ın əməkdaşının Macarıstanın aparıcı “beyin mərkəzləriâ€�ndə də görüşləri nəzərdə tutulub.