ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
Dekabrın 11-də ABŞ Konqresində Amerikada yaşayan Azərbaycanlılar Şəbəkəsi (USAN) seminar keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya USAN-nın mətbuat xidmətindən veriblər. “Amerika-Azərbaycan əlaqələrində Qarabağ amili və Azərbaycan diasporasının roluâ€� mövzuları müzakirə olunacaq seminarda Azərbaycandan bir sıra millət vəkillərinin iştirakı gözlənilir. ABŞ Konqresində həmçinin azərbaycanlı qadınlar yaradıcılıq qrupu tərəfindən çəkilmiş film də nümayiş olunacaq.