Mədəniyyət və turzm nazirinin müavini Sevda Məmmədəliyeva Belarusun paytaxtı Minskə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Səfərdə məqsəd Azərbaycanın klassik əsərlərindən olan “Arşın mal alanâ€� tamaşasının Minskdə keçirilən təqdimatında iştirak etməkdir. Səfər çərçivəsində S.Məmmədəliyeva Belarusun mədəniyyət nazirinin müavini Vladimir Karaçeviskiy ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı müzakirə olunub.