Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinə start verilib
Bu gündən noyabrın 7-dək Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru xanım Tuvakbibi Durdıyeva rəhbərlik edir. Nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, “Dokmaçılarâ€� rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir.