AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Cənubi Afrikada keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcək
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Cənubi Afrikanın Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun “Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyəâ€� mövzusu üzrə 22-ci Elmi konfransında iştirak edəcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 24-27 oktyabr tarixlərdə keçiriləcək konfransda e-elm, qrid texnologiyaları, elmi məlumatların mübadiləsi, paylanması, sosial şəbəkələr və digər mövzularda müzakirələr aparılacaq. Tədbirdə R.Əliquliyev “Azərbaycanda elektron-elm: mövcud vəziyyət və inkişaf perspektivləriâ€� adlı məruzə ilə çıxış edəcək. Alim ölkəmizdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq intellektual mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədlərinə xidmət edən “Elektron elmâ€� proqramı çərçivəsində həyata keçirilən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar, əldə olunan nəticələr, problemlər və onların həlli yolları, perspektivlər haqqında geniş məlumat verəcək. Qeyd edək ki, e-elm problemləri ilə məşğul olan CODATA (Committee on Data for Science and Technology) 1966-cı ildə təsis edilib.