“Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkasıâ€� keçiriləcək
Oktyabrın 24-29-u tarixlərində “AF Hotel-Aqua Parkâ€� ailəvi əyləncə kompleksində Gənclər və İdman Nazirliyi, AMEA Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə “Gənc Alimlərin I Respublika İnnovativ Yarmarkasıâ€� keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA İnformasiya Texnologiyaları İnstitutundan veriblər.
Yarmarkada AMEA institutlarında, eləcə də ölkəmizin müvafiq təşkilatlarında çalışan gənc alim və tədqiqatçılar iştirak edəcəklər.
Tədbirdə “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intelllektual potensialın stimullaşdırılması və təkrar istehsalıâ€� mövzusunda konfrans, “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləriâ€� adlı gənc alim və tədqiqatçıların workshop-u keçiriləcək.
Yarmarkada “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yollarıâ€� və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkiliâ€� mövzusunda seminarlar da təşkil olunacaq.
“Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yollarıâ€� mövzusunda keçiriləcək Dəyirmi masada gənc alimlər innovativ ideyaların iqtisadiyyata müsbət təsirindən söhbət açacaqlar.
Tədbirdə, həmçinin “Bilik iqtisadiyyatına doğru!â€� – Ən yaxşı elmi-innovativ ideya və ixtiraların gələcəkdə iqtisadiyyata tətbiq imkanlarını artırmaq məqsədilə gənc alim və tədqiqatçılar arasında I Biznes Planlar Müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.
Sonda yüksək intellekt və bacarıq nümayiş etdirən gənclər qalib seçilərək mükafatlandırılacaqlar.