Sabah Kitab Klubunun sərgi salonunda Rövşən Yerfinin “Qadın düşərgəsiâ€� və “Günahsız qatilâ€� kitablarının təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kitab Klubundan veriblər.
“Qadın düşərgəsiâ€� kitabında islah-əmək düşərgəsinə düşən qadınların taleyindən, düşərgələrdəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir.
Povestlərin bu mövzuda yazılan digər əsərlərdən bir fərqi də onların xidmət əməkdaşı tərəfindən qələmə alınmasıdır.
“Günahsız qatilâ€� kitabında isə qadın səadəti, qadının o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması, sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi, nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsızâ€� qatilə çevrilməsindən bəhs edilir.