Məşhur Yaponiya müğənnisi Kieko Komanın Bakıda xeyriyyə konserti olacaq
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə oktyabrın 16-da Bakıda, “Yaşıl Teatrâ€� Konsert Kompleksində məşhur Yaponiya müğənnisi Kieko Koma və onun başçılıq etdiyi ansamblın iştirakı ilə xeyriyyə konserti olacaq. Tədbirlə əlaqədar oktyabrın 14-də “Park İNNâ€� otelinin “Natəvanâ€� zalında mətbuat konfransı keçiriləcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müğənni Kieko Komanın təmsil olunduğu “NPO KOMAâ€� şirkəti müxtəlif ölkələrdə bu cür tədbirlər keçirir. Keçirilən konsertlər barədə həmin şirkət tərəfindən Yaponiya ictimaiyyəti arasında təbliğat işi aparılır, müxtəlif çap materialları, CD-lər hazırlanır, internet vasitəsilə yayımlanır. Sözügedən müğənni Kieko Koma həmçinin Koguryo Sülaləsinin Şahzadəsidir. Konsertdə onu məşhur Yaponiya pianoçusu İdaki Shin müşayiət edəcək.