ADU-nun professoru ABŞ-da beynəlxalq konfransda iştirak edəcək
Azərbaycan Dillər Universitetinin (ADU) 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev Amerika Birləşmiş Ştatlarının nüfuzlu AACE – Təhsildə Kompüterin Tətbiqinin İnkişaf Etdirilməsi Assosasiyasının idarə heyətinin üzvü seçilib. Bu barədə məlumatı ADU-dan veriblər. Bu münasibətlə professor Ə. Abdullayev təşkilatın 18-22 oktyabr tarixlərində ABŞ-ın Florida Ştatının Orlando şəhərində keçiriləcək illik beynəlxalq konfransına dəvət alıb. Konfrans iştirakçıları “Ali təhsil sahəsində tədrisdə və idarəetmədə elektron vasitələrdən istifadəâ€� mövzusunda müzakirələr aparacaq. Professor Ə. Abdullayev konfransda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, ADU-nun professoru keçmiş SSRİ ölkələrindən qurumun idarə heyətinə seçilən yeganə şəxsdir.