Geologiya İnstitutunun alimləri beynəlxalq konqresdə iştirak ediblər
Azərbaycandan bir qrup geoloq-alim Argentinanın Mendoza şəhərində keçirilmiş XVIII Beynəlxalq Sedimentoloji Konqresdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidmətindən veriblər. Beynəlxalq Sedimentalogiyaçılar Assosiasiyası tərəfindən təşkil olunub tədbirdə akademiklər Akif Əlizadə və İbrahim Quliyev, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyeva və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov Azəörbaycanda sedimentalogiya istiqamətindəki tədqiqatlardan məlumat veriblər. Geoloqlar Milli Elmlər Akademiyası Geologiya İnstitutunun nəşri olan “Neftli-qazlı hövzələrin stratiqrafiyası və sedimentalogiyasıâ€� adlı beynəlxalq elmi jurnalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərbaycan Neft Təsərrüfatıâ€� jurnalını tədbir iştirakçılarına təqdim ediblər. Alimlərin “Cənubi Xəzər hövzəsinin Kür çayının deltasında holosen çöküntütoplanması və üzvü karbonun dövrüyyəsiâ€�, “Xəzər dənizində iqlimdən aslı olaraq terrigen süxurlarının pleystosendə çöküntü ritmləriâ€� və “Cənubi Xəzərin aşağı pliosen çöküntütoplanma şəraitinin evaporitlərdə kükürd izotopunun əsasında bərpasıâ€� mövzularında elmi məruzələri böyük maraqla qarşılanıb.