Gürcüstan Ermənistana tranzit olan qazı dayandırıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, buna səbəb şimal-cənub magistral qaz kəməridə bərpa işləridir. “Kazax-Saquramoâ€� magistral qaz kəmərində təmir işləri ilə əlaqədar olaraq Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana tranzit olunan qazın ötürülməsi bu gündən oktyabrın 14-dək dayandırılacaq.