A.İmanquliyevanın 71 illik yubileyinə həsr olunan sərgi təşkil edilib
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunan sərgi təşkil edilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə alimin müxtəlif dillərdə nəşr olunan 30-a yaxın kitabı, 40-dan çox məqaləsi, o cümlədən “Yeni ərəb ədəbiyyatı korifeyləriâ€�, “Qələmlər birliyiâ€� və Mixail Nuaymə, “Cübran Xəlil Cübranâ€�, “Şərq və Qərb: ortaq mənəvi dəyərləriâ€� əsərləri nümayiş etdirilib.
Nümayiş etdirilən nəşrlər arasında alimin “Assoüiaüiə pera i Mixail Nuaymeâ€�, “Modern arap edebiyyatının usta kalemleriâ€� kimi müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatı ayrıca yer tutub.
Sərgidə görkəmli şərqşünasın həyat və yaradıcılığına həsr olunan 70-ə yaxın əsər və fotomateriallar nümayiş olunub.
Qeyd edək ki, ənənəvi sərgi ilə bərabər MEK-in zalında virtual sərgi də hazırlanıb.