“Müridlik-müdrikliyin gənclik sədasıdırâ€� adlı tədbir keçiriləcək
Bu gün Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyi (GEMİ) və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ) tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müridlik-müdrikliyin gənclik sədasıdırâ€� adlı tədbir keçirəcək. Tədbir YUNESKO-nun qərarı ilə bütün dünyada qeyd olunan 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyindən veriblər.
Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru, professor Asəf Zamanov, “Simurqâ€� Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov, Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin rəhbəri Sərdar Yusifoğlu, ömrünü minlərlə gəncin yetişməsinə həsr etmiş müəllimlərimizlə Azərbaycanın Əməkdar müəllimləri və gənclər iştirak edəcək.