Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Qrenadanın xarici işlər naziri Peter David ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər. Nazirlər “Azərbaycan Respublikası və Qrenada arasında Diplomatik Əlaqələrin qurulması haqqında birgə kommünikeâ€� imzalayıblar. E.Məmmədyarov həmkarına Azərbaycanın iqtisadi durumu və inkişafı, ölkənin apardığı enerji siyasəti haqda geniş məlumat verib. Görüşdə iki ölkə arasında əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib.