Bu gün “Əsrin müqaviləsiâ€�nin imzalanmasının ildönümüdür
Bu gün Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günüâ€�dür KƏLAMİNFO xəbər verir ki, artıq 16 ildir ki, ardıcı olaraq bu gün ölkəmizdə qeyd edilir. 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəriâ€�, “Çıraqâ€� yataqlarının və “Günəşliâ€� yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqındaâ€� Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on altıncı ildönümü tamam olur.
Bu haqlı olaraq “Əsrin müqaviləsiâ€� adlanır. Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, “Əsrin müqaviləsiâ€� haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib.
“Azəri-Çıraq-Günəşliâ€� layihəsinin iştirakçıları aşağıdakılardır: bp (operator – 37,43 faiz iştirak payı), “ChevronTexacoâ€� (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), “Statoylâ€� (8,56 faiz), “ExxonMobilâ€� (8,006 faiz), TPAO (6,75 faiz), “Itochuâ€� (4,3 faiz), “Delta Hessâ€� (2,72 faiz). Sazişin qüvvədə olma müddəti 30 ildir.
Saziş üzrə “Azəri-Çıraq-Günəşliâ€�də neft hasilatının genişləndirilməsi tədricən, yeni yataqların işə salınması ilə həyata keçib. “Çıraqâ€� yatağında hasilata 1997-ci ildə, “Mərkəzi Azəriâ€�də 2005-ci ildə, “Qərbi Azəriâ€�də 2006-cı ilin əvvəlində, “Şərqi Azəriâ€�də 2006-cı ilin sonunda başlanılıb.
“Günəşliâ€� yatağında suyun dərin hissəsində hasilatın başlanılması 2008-ci ilin ortalarında baş tutub. Lakin proses bununla bitməyib. Bu il “Azəri-Çıraq-Günəşliâ€�də Azeri Light növlü neftin hasilatının artırılmasını nəzərdə tutan Chirag oil project (COP) layihəsi həyata keçirilməyə başlayıb. Layihə yeni “Qərbi Çıraqâ€� platformasının və lazımi boru kəmərlərinin tikintisini nəzərdə tutur. Bu platformadan hasilatın başlanılması 2013-cü ilin sonuna planlaşdırılıb. COP layihəsinin həyata keçirilməsi çərçivəsində (“AÇQâ€� üzrə sazişin 2024-cü ildə qüvvədə olma müddəti başa çatana qədər) ümumilikdə 300 milyon barel neftin hasil edilməsi planlaşdırılıb.
“AÇQâ€�də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir. Bu ay Türkiyənin Ceyhan limanından say etibarilə bir milyard neft göndərilib.
İndi Azərbaycan neft ixtacından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb.
Azərbaycan “Azəri-Çıraq-Günəşliâ€�nin işlənməsi üzrə saziş sayəsində təkcə öz enerji təhlükəsizliyini deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırlaşır.