Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən aksiya başa çatıb
Heydər Əliyev Fondunun dəstəyi ilə “Worldmedâ€� klinikasında həyata keçirilən humanitar aksiya həftəsi başa çatıb. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, sayca üçüncü olan bu xeyriyyə həftəsində 43 uşaq üzərində əməliyyat aparılıb.
Fonddan bildirilib ki, artıq ikinci ildir, bu klinikada aztəminatlı ailələrdən olan “dovşan dodaqâ€� və “qurd ağzıâ€� diaqnozlu uşaqlar üzərində bərpa əməliyyatları keçirilir. Bu məqsədlə indiyədək 400 uşaq müayinədən keçirilib, 200 uşaq üzərində əməliyyat aparılıb.
Əməliyyatlar üz-çənə cərrahı, tibb elmlər doktoru “Worldmedâ€� klinikasının baş həkimi Əziz Əliyev və Amerikanın Smile Train təşkilatının həkimləri tərəfindən həyata keçirilib. İki əməliyyat otağında paralel aparılan cərrahiyyə əməliyyatları gündə 5-7 uşağın fiziki qüsurunu aradan qaldırmağa imkan verib. Fondun dəstəyi ilə klinikada gerçəkləşən əməliyyatlar tam pulsuz aparılıb.