“Şərq filologiyası məsələləriâ€� toplusunun 4-cü buraxılışı işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləriâ€� toplusunun 4-cü buraxılışı çapdan çıxıb. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, topluda ərəb, fars və türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. toplunun ərəb filologiyası bölməsində “Mağaraâ€� simvolizmi, “Min bir gecəâ€� nağılları, İran filologiyası bölməsində Nizaminin meracnamələri, Hafiz və Nəsimi şeirlərində “Canâ€� və “Cahanâ€� anlayışlarının poetik-irfani dəyərləri, İslam inqilabı ərəfəsində İran hekayəsi, “Təzkürətül-övliyaâ€� əsərinin konseptual məqamları, Cami və Füzulinin “Hədisi ərbəinâ€� əsərlərinin müqayisəsi əks olunub. Türk filologiyası bölməsində isə türk aşıq ədəbiyyatının inkişaf tarixi, satiranın nəzəri məsələləri, yeni türk hekayəçiliyinin formalaşması, türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemləri, Nazim Hikmətin dramaturgiyası və şərq folklor qaynaqlarından və digər məqalələrdən bəhs olunub.