127 adda dərslik və müəllimlər üçün metodik vəsait çap edilib
Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 mln. manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir.
Qeyd edək ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan diliâ€� dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb diliâ€�, “Alman diliâ€� və “Fransız diliâ€�, III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün “Rəsmxətâ€�, IX siniflər üçün “Coğrafiyaâ€� və “Azərbaycan Respublikasının Konstitusiyasıâ€�, XI siniflər üçün “İnformatikaâ€�, II sinif üçün “Udi diliâ€� dərslikləri yeni hazırlanıb və çap olunub.