Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Manqal ürəkli oğul
    Bəşər övladının yaxşı bildiyi, ancaq heç zaman qəbul etmək istəmədiyi bir həqiqət var: bu dünya ayrılıqlar dünyasıdır. Ən böyük sevincimiz də, sonsuz hesab etdiyimiz kədərimiz də sonunda həyatın bu sərt həqiqəti ilə üzləşməli olur. Həsrət qoxulu, hicran əzablı günlər isə könlünə, gözünə köçən dərdlərə dözməyi, tablaşmağı öyrədir insana. Təkcə ayrılıqlara alışmaq olmur. 



    Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun ölüm xəbərini eşidənlər də bu acı həqiqətə alışa bilmir. Dərdin böyüklüyündən göz yaşları qurumaq bilməyən Anası da, igid oğul itkisindən qəddi əyilən  Atası da, böyüyüb başa çatdığı kəndin sakinləri də, qohum-qonşular da, dostları da, hərbi xidmət yoldaşları da bu xəbərə alışa bilmirlər.
    Yaxşı bir səngər ola...
    Şəxsiyyətindəki bütövlüklə taleyindəki yarımçıqlıq arasında ziddiyyət var Mübarizin. Bunları düşündükcə onun haqqında verməli olacağım "1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə  M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əskəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə  çavuş rütbəsində başa vurub” kimi məlumatlar mənə solğun görünür. Mübariz bu gün mənə ən gözəl sözləri hər kəsin bacara bilməyəcəyi qəhrəmanlığı ilə deyir. Onun adı bu igidliyi ilə Vətənin qəhrəmanlıq tarixinə ömürlük həkk olundu.
    Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayıb. Doğulduğu  kənddə böyükdən-kiçiyə hamısı onun bu arzusundan xəbərdar olub.  Mübarizin amalı hamıya bəlli idi. Əqidəsində nə ölüm, nə qan olmayan, arzu-kamı haqsızlığa düşmən olan Mübariz yalnız vətən torpaqlarının azadlığı uğrunda vuruşan gənc idi. Mübariz hətta “mən evlənməyəcəm, mənim yolum başqadır” - deyirmiş. Cəsur gizirin həyatı, yarıda qırılan ömrü  haqqında ürəkağrıdıcı olduğu qədər qürur doğuran xatirələr atasının dilindən eşidilir: “Mübariz uşaqlıqdan qorxmaz, saf, vətənini, torpağını, ata-anasını sevən oğul idi.  14-15 yaşı olanda həmişə əlinə avtomata oxşar nəsə götürər: “yaxşı bir səngər ola oradan düşmənlə döyüşəsən” sözləri dilindən düşməzdi. Mübariz idmanla bərabər hərbi işə də həvəs göstərirdi. Sonradan hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıtdı. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başladı. 2010-cu ilin aprel ayından Tərtər rayonunun "N" saylı hərbi hissəsində xidmət edirdi”.
    Son məktub

    Mübariz ömrünün taledən səadət umduğu vədəsini yaşayırdı. 22 yaşı vardı.  Bu yaşda olanda qəlbdə bir sevginin odu yanır. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq... 19 iyun 2010-cu il tarixində, gecə saat 23:30 radələrində baş verən hadisə səhəri gün bütün ölkənı qürurlandırdı. Gizir Mübariz İbrahimov düşmənlə təmas xəttini keçərək  Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özlərinə qarşı istifadə edərək 6 saat onlarla təkbətək döyüşub. Düşməni ağır itkilərə məruz qoyub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. 22 yaşlı gizirin cəsədi də ermənilərin əlinə keçib.
    Atası Ağakərim kişi danışır ki, hadisənin səhəri günü tezdən - saat 5-6 arasında ona edilən telefon zəngindən bilib. “Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar”. Atası danışır ki, hadisədən bir gün qabaq Mübariz evlərinə zəng vurub. Səsi çox həyəcanlı imiş: “Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt dala, sənlik deyil”- deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."
    Mübarizin son məktubunu onlara əsgər yoldaşları çatdırıb. Qəhrəman gizirin yazdığı: “Atama və anama məktub!!!!! Canım Atam və Anam... məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allah xətrinə bunu eləməliyəm, ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allah böyükdür, VƏTƏN SAĞ OLSUN ! Haqqınızı halal edin... Oğlunuz İbrahimov Mübariz.” -sözləri ata-anası üçün  nə qədər ağrılı olsa da bir o qədər də fəxr edicidir. Mübarizin qəlbinin hərarətinin, əlinin istiliyinin hopduğu son məktubu həm də onlar üçün ən böyük təsəllidir. Onlar sətirlər arasından boylanan inadkar, cəsur, mehriban, sevimli oğullarını görürlər. “Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı. Düşməndən istədiyi qədər qisas aldı”- deyə dərdli ata özünü ovutmağa çalışır.
    Manqal ürəkli oğul

    Mübariz həmişə deyərmiş: “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var”. Övladının sözləri indicə eşidibmiş kimi Ağakərim kişinin yadındadır. Ancaq nə biləydi ki, bir gün bu sözləri xatirə kimi danışacaq: “Mübariz deyirdi ki, mən məzlumun dostu, zalımın düşməniyəm.  Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyər, haqsızlıq olanda dözməzdi".
    Mübariz İbrahimovun qəhrəmanlığının davamını doğulub boya-başa çatdığı Biləsuvar rayonunda, yaşadığı kənddə və evdə, həyat-bacada hər tərəfi bəzəyən fotoları danışır. Rayonun küçələri, mağazaların vitrinləri, avtomaşınların şüşələrini Mübarizin şəkilləri bəzəyib. Bu şəkillərdən pəhləvan cüssəli, qədd-qamətli, yaraşıqlı bir gənc boylanır... Rayon gəncləri onunla bağlı müxtəlif qəhrəmanlıq çarxları da hazırlayıb. İndi bu çarxlar Biləsuvarda hamının mobil telefonlarında səslənir. Mübarizin qəhrəmanlığı haqında söz-söhbətlər kəndin sərhədlərini çoxdan aşıb - bütün Azərbaycana yayılıb. Şəhidlik zirvəsinə ucalan oğulun qəhrəmanlığı erməni tərəfini çaşbaş salıb.
    Mübariz İbrahimovun müəllimi Valeh Ağayev deyir ki, onun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnəkdir: "Fəxr edirik ki, belə bir şagirdimiz var". Biləsuvarın azyaşlı uşaqları isə “biz də Mübariz kimi olacağıq, düşmənləri öldürəcəyik” deyirlər.
    Ən böyük təsəlli

    Mübariz İbrahimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmət və rəşadət göstərən gəncin adı həmçinin Biləsuvar rayonunda orta məktəblərdən və küçələrdən birinə veriləcək. Bu gün Mübarizin qəhrəmanlığına şeirlər yazılır, mahnılar bəstələnir, filmlər çəkilir. Atası qürurla bildirir ki, oğlunun Milli Qəhrəman adına layiq görülməsi ailələri üçün böyük təskinlikdir. Ata-anasının, yaxınlarının ən böyük istəyi isə övladlarının cəsədinin doğma torpağa qovuşmasıdır. Deyirlər ki, “Bu, bizim üçün ən böyük təsəlli olar...”
    Göz yaşlarım qurudu...

    Biləsuvar rayonunda 2009-cu ildə tikilən Liseyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib. Bundan başqa, Biləsuvar rayonunda böyük bir küçə Milli Qəhrəmanın şərəfinə adlandırılıb. Bu barədə M.Piriyev adına Əliabad kənd orta məktəbində çalışan Milli Qəhrəmanın müəlliməsi Bəsirə Rüstəmova bildirib. O, Milli Qəhrəman haqqında olan xatirələri bizimlə bölüşüb. “Şagirdim Mübariz İbrahimovun şəhid olduğunu biləndə, ilk günlər qəhər məni boğurdu. Bütün günü onun varlığı gözümün önündən getmirdi. Amma onun məktubunda “şəhid olsam, ağlamayın” yazısını oxuyandan sonra göz yaşlarım qurudu. İçimdə fərəh və qürur hissi mənə toxtaqlıq verdi. İndi onun adının verildiyi liseydə, şərəfinə adlandırılan küçədə olarkən sözlə ifadə olunmayan hisslər keçirirəm. Biz Mübarizi tərbiyəli, savadlı, alicənab və vətənpərvər oğlan kimi tanımışıq. Onun haqqında fikirlərimizdə yanılmadıq. O hər zaman qəlbimizdə yaşayacaq”, - deyə Bəsirə Rüstəmova vurğulayıb.


    Təranə MƏHƏRRƏMOVA

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 785
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031