Göyçaylı məzun ali məktəbə imtahansız qəbul olunub
Cari il Göyçay rayonu orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 285-i tələbə adını qazanıb. KƏLAMİNFO xəbər verir ki, tələbələrdən 3-ü 600-dən yuxarı bal toplayıb.
Rayon təhsil şöbəsindən bildiriblər ki, ən yüksək nəticəni şəhər 1 nömrəli orta məktəbin məzunu P.Bağırova əldə edib. O, imtahanda 650 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. İdman sahəsindəki göstəriciləri “Təhsil haqqındaâ€� yeni qanunun tələblərinə uyğun gələn Göyçay şəhər 1 nömrəli orta məktəbin məzunu M.Məmmədli isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müsabiqədənkənar, yəni imtahan vermədən qəbul olunub.